QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevlə telefon danışığı aparıb.

Prezident İlham Əliyevin “X” hesabında yayılan məlumata əsasən, Özəl Zəfər Günü münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib. İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə edib.

Danışıq zamanı Azərbaycan və Türkiyə dövlətləri, eləcə də xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğu bir daha vurğulanıb.