QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Qalatasaray” Türkiyə Super Liqasının 21-ci turunda “Samsunspor”la oyununu bu dəfə başqa arenada keçirəcək.

İstanbul təmsilçisinin açıqlamasına əsasən, qarşılaşma “RAMS Park”da deyil, “Başakşehir Fatih Terim” stadionunda baş tutacaq.

Bu dəyişiklik “RAMS Park”ın ot örtüyündə təmir və yeniləmə işlərinə əlavə vaxt ayırmaq üçün edilib.

Qarşılaşma noyabrın 21-nə təyin olunub.