QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda Türkiyə vətəndaşı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Hadisə Qobustan qəsəbəsində baş verib. 1972-ci il təvəllüdlü Hüseyn Öztürkün avtomobili hərəkətdə olarkən nasazlanıb. O, maşından düşdüyü vaxt arxadan gələn mikroavtobusun sürücüsü idarəetməni itirib və Öztürkü vurub.

Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.