QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin üçüncü rübündə rusiyalıların Ermənistan, Gürcüstan və Serbiyaya səfərləri son 17 ilin ən yüksək göstəricisinə çatıb.

İyul-sentyabr aylarında Gürcüstana 660,3 min, Ermənistana 402,3 min, Serbiyaya isə 64,8 min Rusiya vətəndaşı gedib. Bu, həmin dövr üzrə statistik müşahidələrin aparıldığı 17 il ərzində qeydə alınan ən böyük rəqəmdir.

Gürcüstana səfərlərin sayı 2022-ci ilin üçüncü rübündən, Rusiyada səfərbərliyin elan edildiyi vaxtdan 43 faiz çox olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistana gedən rusiyalıların sayı 57 min, Serbiyaya səfər edənlərin sayı isə təxminən 14 min nəfər artıb.