Oktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, ölkə ərazisinin əksər hissəsində arabir yağış yağsa da şimşək çaxıb. Şahdağda isə qar yağışı davam edib. Yağıntının miqyasına gəlincə Daşkəsən, Lerik bölgələrində 10 mm, Biləsuvar, Oğuzda 9 mm, Gədəbəy, Şamaxıda 8 mm, Qobustan, Qəbələ, Astarada 7 mm, Şahbuz, Tərtər, Kürdəmirdə 6 mm, Bərdə, Şəmkir, Zərdab, Ağstafada 5 mm, Gəncə, Neftçala, İmişlidə 4 mm, Şəki, Yevlax, Tovuz, Sarıbaş (Qax), Zaqatala, Lənkəran, Ağdam, Goranboy, Göygöldə 3 mm, Göyçay, Mingəçevir, Sabirabad, Salyan, Xızı, Sədərək, Xınalıq, Qrız, Yardımlı, Göyçayda 2 mm və Bakıda, Abşeron yarımadasında 1 mm-ə qədər yağış qeydə alınıb. Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalıda da arabir yağış yağdığı bildirilir. Daşkəsən, Ordubad, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.