QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Budapeştdə təşkil olunan “Total Chess World Championship Tour Pilot 2026” yarışında qrup mərhələsinin ilk oyunlarını keçirib.

C qrupunda çıxış edən qrosmeyster erməni şahmatçı Hayk Martirosyanla üz-üzə gəlib. Tərəflərin iki partiyası 1:1 hesabı ilə yekunlaşıb.

İlk qarşılaşmada ağ fiqurlarla oynayan Martirosyan Məmmədyarova məğlub olub. İkinci oyunda isə erməni şahmatçı qara fiqurlarla qələbə qazanıb.

C qrupunda Məmmədyarov və Martirosyanla yanaşı Maqnus Karlsen, Yan Nepomnyaşi, Aniș Giri və Abhimanyu Mişra da yer alır.