QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Şəkidə it dişləməsi nəticəsində dörd yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

TƏBİB-in məlumatına görə, 2022-ci il təvəllüdlü qız uşağı bu gün saat 11:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər pasiyentdə sağ budun yuxarı hissəsində deşilmiş yara aşkarlayıblar. Ona zəruri ilkin tibbi yardım göstərilib, yara işlənib və quduzluğa qarşı vaksin vurulub.

Uşağın vəziyyəti stabil qiymətləndirilir. Müalicəsi müvafiq şöbədə davam etdirilir.