QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik teleqramı göndərib.

Tokayev müraciətində bu günün Azərbaycan dövlətçiliyi tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, Cənubi Qafqazın bütün ölkələrinin maraqları nəzərə alınmaqla davamlı sülh və sabitliyin möhkəmləndirilməsinin əhəmiyyətini də qeyd edib.

Qazaxıstan lideri iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini yüksək dəyərləndirib. Tokayev bu münasibətlərin hər iki xalqın rifahı naminə daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.