QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Rusiyanın Ukraynada apardığı müharibədə prokurorluq sisteminin dörd əməkdaşı həyatını itirib. Bu barədə baş prokuror müavini vəzifəsinə namizəd Oleq Loqunov Dövlət Dumasının komitə iclasında danışıb.

Loqunovun bildirdiyinə görə, müharibəyə ümumilikdə 79 prokurorluq əməkdaşı gedib. Onlardan 11-i dövlət mükafatları alıb, üç nəfərə isə mükafat ölümündən sonra verilib.

Hazırda 51 əməkdaş döyüş əməliyyatlarında iştirak edir. Daha 22 nəfər geri dönərək əvvəlki iş yerlərində fəaliyyətini davam etdirir.

Loqunov qeyd edib ki, müharibəyə könüllü qoşulan və ya müqavilə imzalayan əməkdaşların əmək müqavilələri həmin müddətdə dayandırılır. Geri qayıdandan sonra onların əmək hüquqları bərpa olunur.

Rusiya Baş Prokurorluğu müharibədə iştirak edən əməkdaşlarının hamısını qeydiyyata alır.