QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban insan alveri şübhəsi ilə saxlanılıb.

Macarıstanın Baş naziri Peter Magyar sosial şəbəkə hesabında bildirib ki, Aron Orban şübhəli şəxs qismində hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb. İş üzrə araşdırmanı Milli İstintaq Bürosu və Milli Aktivlərin Bərpası və Mühafizəsi İdarəsi aparır.

Polis Budapeşt və Peşt bölgəsində keçirilən əməliyyatlarda bir neçə nəfərin saxlandığını və onların yaşadığı ünvanlarda axtarış aparıldığını təsdiqləyib.

İstintaq əcnəbi vətəndaşlara, o cümlədən Vyetnam vətəndaşlarına Macarıstan və Şengen vizalarının əldə olunmasında qanunsuz vasitəçilik edilməsi ehtimalını araşdırır.

Viktor Orban qardaşının saxlanılması barədə xəbərləri siyasi rəqiblərini aradan götürmək cəhdi kimi qiymətləndirib. O, özünün hədəfə alındığını, qardaşının isə bu məqsəd üçün vasitəyə çevrildiyini iddia edib.

Macarıstan polisi əməliyyatlarda bir neçə nəfərin saxlanmasını açıqlasa da, Aron Orbanın saxlanılması barədə məlumatı rəsmi təsdiqləməyib. Araşdırma davam edir.