QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi və uşaqlar 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkında kompozisiyalar hazırlayıblar.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Vətənə sevgi, milli birlik və qəhrəmanlıq ideyalarını əks etdirən kompozisiyalar uşaqlar tərəfindən təqdim olunub. Tədbirlə körpələrdə Vətən sevgisinin formalaşdırılması və Zəfər Gününün tarixi önəminin onların yaşına uyğun şəkildə izah edilməsi hədəflənib.