QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Xəzər dənizinin problemlərinin Azərbaycanın COP31 gündəliyində əsas mövzular sırasında olduğunu deyib.

Babayev bu barədə COP31 çərçivəsində yaradılmış Azərbaycan pavilyonunda jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə, Xəzərin çəkilməsi ən mürəkkəb məsələlərdən biridir.

Nümayəndə bildirib ki, mövzu həm pavilyonda, həm də digər məkanlarda təşkil olunan tədbirlərdə müzakirəyə çıxarılacaq. O qeyd edib ki, məqsəd dünya təşkilatları və maliyyə institutlarının məsələyə marağını artırmaqdır.