QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Xətai rayonunda 8 Noyabr prospektində bir neçə həftə davam edən qazıntı işləri yekunlaşıb.
AFFA-nın qarşısından keçən prospekt hissəsində Keşlə yağış kollektoru və yolun asfalt-beton örtüyü bərpa edilib. Həmin sahə artıq nəqliyyat vasitələrinin istifadəsinə verilib.
Noyabrın əvvəlindən ərazidə aparılan qazıntılar səbəbindən yolun bu hissəsi daraldılmış, nəticədə nəqliyyatın hərəkətində çətinlik yaranmışdı.