QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda park qaydasını pozan sürücü digər avtomobillərin hərəkətinə maneə yaradıb.
Hadisə bu gün saat 18:55 radələrində Akademik Həsən Əliyev küçəsi 94 ünvanında baş verib. “Changan CS75 Plus” markalı, 90-AZ-487 dövlət qeydiyyat nişanlı avtomobil məhəllədaxili dar keçiddə saxlanılıb. Nəticədə ərazidəki digər sürücülərin manevr imkanları məhdudlaşıb və onlar yola çıxmaqda çətinlik çəkiblər.
İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə görə, başqa nəqliyyat vasitələrinin hərəkətinə mane olmaqla dayanma və ya durma qaydasını pozan sürücülər 60 manat cərimələnir. Avtomobilin mühafizə olunan duracağa, yəni cərimə meydançasına aparılması da mümkündür.