QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ağdam Şəhəri Günü çərçivəsində Ağdam Muğam Mərkəzinin dəhlizində təsviri sənət üzrə master-klass təşkil edilib.
Ağdamlı məktəblilər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllimi Ziyafət Aslanlı və rəssam Zöhrab Dadaşovun rəhbərliyi ilə rəsm bacarıqlarını nümayiş etdiriblər.
Uşaqların işlərində əsasən Ağdamın təbiəti, tarixi-mədəni irsi və müasir inkişafı əks olunub.
Dərsin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, eləcə də mədəniyyət nazirinin müavini Murad Hüseynov məktəblilərin rəsmlərinə baxıblar. Uşaqlar çəkdikləri əsərlər barədə məlumat veriblər.