QafqazNews Habertürk-ə istinadən xəbər verir ki, Oğuz boylarından Osmanlı dövrünə uzanan tarixi məzar daşları Tohumluk Fondunun hazırladığı "Taşa Kazınan Hafıza Projesi" ilə gələcəyə daşınır.

Tohumluk Fondu Kayseri İl Təmsilçiliyi koordinasiyasında həyata keçirilən layihənin akademik məsləhətçiliyini Erciyes Universiteti (ERÜ) Ədəbiyyat Fakültəsi, İncəsənət Tarixi Bölümü rəhbəri Prof. Dr. Aslı Sağıroğlu üstlənir.

Layihə çərçivəsində XI əsrdə Türküstan-dan Anadoluya gələn Oğuz boylarının kimlik işarələri sayılan tamgalar və Anadolu Selçuklu ilə Osmanlı dövrlərinə aid bezəməli, kitabəli məzar daşları araşdırılıb. Məqsəd yerində ziyarətlər, sərgi və məktəblərdə keçiriləcək atelyelər vasitəsilə bu daşların tarixi və bədii xüsusiyyətlərini, həmçinin Türk dünyasının ortaq mədəni irsini qorumaqdır.

Tohumluk Fondu Kayseri İl Təmsilçisi Nilüfer Bıçakçıoğlu bildirib ki, fond kəndlərdə sosial yardım və təhsil işləri ilə yanaşı mədəniyyət və sənət işlərinə, xüsusilə itməkdə olan mədəni irsin qorunmasına önəm verir.

Bıçakçıoğlu Kayserinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "2027 Türk Dünyası Mədəniyyət Paytaxtı" seçildiyini xatırladaraq, layihənin bu çərçivədə reallaşdırıldığını qeyd edib. O, Türküstan və Mərkəzi Asiyadan Anadoluya gələn Oğuz boylarının çox yerlərə yerləşdiyini, bu məkanlardan birinin Kayseri olduğunu və məzar daşları vasitəsilə hansı boyun harada yaşadığını tamgalar üzərindən müəyyən etməyin mümkün olduğunu vurğulayıb.

Bıçakçıoğlu əlavə edib ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan səfirlikləri ilə yazışmalar aparılıb. Layihə 14., 15. və 16. əsrlərdəki tamgalı məzar daşlarının dönüşümünü ortaya qoyacaq böyük bir sərgi planlaşdırır. Həmçinin Türküstan-dan Kayseriyə dair tamgalı və bezəməli məzar daşları mövzusunda seminarlar, mədəni irsin qorunması ilə bağlı tədris fəaliyyətləri, kəndlərdə qadınlar və uşaqlarla sənət atelyeləri; fincan altlıqları, maqnitlər və kitab ayraçı kimi məhsullarla motivlərin günə çıxarılması nəzərdə tutulur. Layihədə qastronomiyanı da əhatə edən mədəni marşrutlar planlaşdırılır.

ERÜ İncəsənət Tarixi Bölməsi professoru Aslı Sağıroğlu bildirib ki, bilinməyən şey qorunmaz: "Xüsusilə məzar daşları kimi daşınabilən mədəni dəyərlər həm təbiətin, həm də illər ərzində insanların zərər verməsi nəticəsində getdikcə yox olur. Biz Akçakaya bölgəsini xüsusi seçdik. Burada bir çox Türk boyuna aid tamgalı məzar daşlarının yanında Anadolu Selçuklu dövrünə aid sanduka tipli məzar daşları da mövcuddur."

ERÜ İncəsənət Tarixi Bölməsi magistr tələbəsi Neşe Toprak Yılmaz isə türk mədəniyyətində qəbiristanlığa və məzar daşlarına hörmətin olduğunu bildirərək, "Baxmaq və görmək arasında fərq var; orada nəyinsə olduğunu, nəyisə anlatmağa çalışdığını, bir mesaj verdiyini, Türk kimliyini və bunun bizim üçün bir sənəd olduğunu insanlara anlatmalıyıq" deyib.