QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzinin açıq amfiteatrında mini-konsert proqramı təqdim olunub.

Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə “Qaya” Dövlət Ansamblı və xanəndələr səhnəyə çıxıblar.

Musiqi proqramındakı müxtəlif nömrələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb və bayram ab-havası yaradıb.

Ötən il istifadəyə verilmiş mərkəzin amfiteatrında bu konsert ilk mədəni-kütləvi tədbir olub.