QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan mədəni-kütləvi tədbirlər sırasında Ağdam Dövlət Dram Teatrının “Göyçək Fatma” səhnə əsəri nümayiş etdirilib.
Tamaşa Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə göstərilib və məktəblilər tərəfindən maraqla izlənib.
Məşhur Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elmir Hümbətov, quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərov, işıq rəssamı Anar Şükürov, rejissor assistenti isə Ceyhun Yusifovdur.
Səhnə əsərində Əməkdar artist Aidə Qasımova ilə yanaşı, aktyorlar Elmir Hümbətov, Ülviyyə Qasımova, Rüstəm Məmmədov, Zərifə Ağayeva, Afaq Əliyeva, Ramil Hüseynzadə və Anar Zeynalov rol alıblar.
Azərbaycan folklorunun tanıdılması, uşaqların mənəvi və estetik tərbiyəsi, eləcə də milli-mədəni dəyərlərə bağlılığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli olan tamaşa məktəblilərin bayram əhvalına rəng qatıb.