QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Yeni Delhidə Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavatla görüşüb. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Kərimli forumun təşkilinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
Tərəflər Azərbaycan-Hindistan mədəni əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf imkanları barədə fikir mübadiləsi aparıblar. Mədəniyyət günləri, ortaq sərgi və festivalların keçirilməsi, həmçinin muzey və kitabxanalar daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.