QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 2026-cı il oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94,2 min pensiyaçı qeydiyyatda olub. Ötən ilin eyni tarixində onların sayı 1 milyon 100 min idi.
Dövlət Statistika Komitəsinin (DSK) bildirdiyinə görə, pensiyaçılar ölkə əhalisinin 10,6 faizini təşkil edir.
Təyin edilən pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nəzərən 10,3 faiz artaraq 595,8 manata çatıb. Bu məbləğ orta aylıq əməkhaqqının 50,8 faizinə bərabərdir.