QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin tabeliyindəki Rəqəmsal Maliyyə Mərkəzində yeni təyinat olub. Xanım Sadıqova Mərkəzin Təşkilati fəaliyyət və inkişaf departamentinin rəhbəri vəzifəsini tutub.
Sadıqova 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək “Sinteks Group of Companies”də təlim və inkişaf üzrə menecer kimi fəaliyyət göstərib. Bundan əvvəl, 2019-cu ilin fevralından 2024-cü ilin yanvarınadək “AzInTelecom”da işləyib.