QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) məlumatına əsasən, Quliyev Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrup oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

O, noyabrın 11-də Macarıstan və Şimali Makedoniya, noyabrın 14-də Şimali Makedoniya və San Marino, noyabrın 17-də isə San Marino və Macarıstan yığmalarının qarşılaşmalarına təyin olunub.