QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov fəaliyyətini başa vuraraq təqaüdə çıxır. Onun məhkəmədə son iş günü 19 noyabr 2026-cı il olacaq.
İsmayılov 1993–2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq işləyib. 2010-cu ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsini tutub.
Hakim olduğu müddətdə o, ictimai rezonans yaradan bir sıra cinayət işlərinin məhkəmə araşdırmalarına sədrlik edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Novruz Kərimov, Cavid Hüseynov və Rasim Sadıxov 2025-ci il noyabrın 5-də yaş həddinə çatmaları ilə əlaqədar təqaüdə göndərilmişdilər.