QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda qiymətli metalların, o cümlədən qızılın yeni qiymət göstəriciləri açıqlanıb.

Bir unsiya qızılın qiyməti 6586,1230 manat təşkil edir. Daxili bazarda alıcı və sərmayəçilərin maraq göstərdiyi 999 əyyar təmiz qızılın bir qramı 211,75 manata satılır.

Digər növlərdən 750 əyyar İtaliya qızılının bir qramı 158,97 manat, 585 əyyar Türkiyə qızılının bir qramı 124 manat, 582 əyyar Rusiya qızılının bir qramı isə 123,36 manatdır.