QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanla Türkiyə arasında münasibətlərin möhkəm olduğunu və gələcəkdə daha da güclənəcəyini bildirib.
Bayramov bu fikirləri Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla keçirdiyi birgə mətbuat konfransında “DW” jurnalisti Roman Qonçarenkonun iki ölkə arasında son dövrlərdə gərginlik yarandığına dair sualını cavablandırarkən səsləndirib.
Nazir Azərbaycanla Türkiyə arasındakı əlaqələrin iki dost və qardaş xalqın münasibətləri olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər ölkədə müxtəlif proseslər baş verir və cəmiyyətlər öz inkişaf istiqamətləri ilə irəliləyirlər. Yaxın qardaşlıq əlaqələri də başqa ölkədəki hadisələr barədə fərqli fikirlərin səslənməsini istisna etmir.
Bayramov Azərbaycanın bu məsələdə mövqeyinin aydın olduğunu deyib. O bildirib ki, ölkənin öz inkişaf modeli var və Azərbaycan həmin modelə uyğun inkişaf edir.
Nazir əlavə edib ki, iki dövlətin əlaqələri hazırda da əvvəlki kimi möhkəmdir və daha da möhkəmlənəcək. Bayramov bu fikrin təsdiqi kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabrda Azərbaycana səfər edərək Zəfər Günü tədbirlərində iştirakı və Prezident İlham Əliyevlə birlikdə dünyaya ünvanladığı mesajları göstərib.