QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) vəfat edib.

Onun meyiti noyabrın 18-də saat 19 radələrində Yasamal rayonunda yaşadığı mənzildə aşkarlanıb.

1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun ölümü ilə əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, bir müddət əvvəl Süleymanovla bağlı xoşagəlməz məzmunlu iddialar səsləndirilmişdi.