QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, hüquqşünas Namizəd Səfərovun dələduzluq ittihamı ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda dövlət ittihamçısı yekun nitq söyləyib.
Prokuror Valeh Ələkbərov bildirib ki, Səfərova qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqında toplanan dəlillərlə təsdiqlənib. O, hüquqşünasın külli miqdarda dələduzluqda təqsirli sayılmasını və 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakim Mahirə Kərimova müdafiə tərəfinə çıxışını hazırlamaq, təqsirləndirilən şəxsə isə son sözünü deməyə hazırlaşmaq üçün vaxt ayırıb.
N.Səfərov ötən ilin sonunda polis tərəfindən saxlanılıb. O, bir nəfərin vəzifəyə təyin olunmasına yardım edəcəyi vədi ilə həmin şəxsin 53 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.