QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda 15 yaşlı oğlan bıçaq xəsarətləri alıb.

Hadisə ötən gecə baş verib. Bakı sakini olan, 2011-ci il təvəllüdlü M.T. kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya aparılıb.

Yeniyetmənin hansı şəraitdə bıçaqlandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.