QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Sabirabad rayonunda gəlinlə qayınata arasında yaranan ailə mübahisəsi bıçaqlanma ilə nəticələnib.

Noyabrın 18-də G.A. yaşadığı evdə münaqişə zamanı qayınatasını mətbəx bıçağı ilə yaralayıb. Xəsarət alan şəxs xəstəxanaya aparılıb.

G.A. polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.