QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların tibbi şəhadətləndirilməsinin aparılma qaydası açıqlanıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, vətəndaşlar qeydiyyatda olduqları rayon və ya şəhərdə Xidmətin baş idarə, idarə, şöbə və bölmələrinin hərbi həkim komissiyasında müayinədən keçirilirlər.
Baxış zamanı zəruri laborator və instrumental müayinələr təyin olunur. Ehtiyac olduqda, tibb müəssisələrində əlavə yoxlamalar da təşkil edilir.
Sağlamlıq vəziyyəti barədə yekun qərar Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiqlənmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”dəki “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qəbul edilir.