QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Naftalan şəhərində avtomobil üç məktəblini vurub.
Hadisə şəhər ərazisində baş verib. Yolu keçməyə çalışan 2014-cü il təvəllüdlü R. Paşazadə, 2017-ci il təvəllüdlü C. Sadıqzadə və 2015-ci il təvəllüdlü K. Abbaslı avtomobilin vurması nəticəsində xəsarət alıblar.
Məktəblilər xəstəxanaya aparılıb. Onların vəziyyətinin kafi olduğu bildirilir.