QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Xəzər” Futzal Klubunda media və kommunikasiya sahəsində görülən işlərin inkişafı üçün yeni təyinat həyata keçirilib.
Klubun qərarına əsasən, jurnalist Gülayə Məcid mətbuat katibi vəzifəsinə gətirilib.
O, yeni vəzifəsində klubun PR və media fəaliyyətini əlaqələndirəcək, ictimaiyyət və media ilə əlaqələri quracaq. Həmçinin komandanın fəaliyyəti barədə daha geniş auditoriyaya məlumat çatdırılması və klubun kommunikasiya strategiyasının təkmilləşdirilməsi ilə məşğul olacaq.