QafqazNews TASS-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Interpol tərəfindən axtarılan bir Türkiyə vətəndaşı ilə iki Ukrayna vətəndaşını saxlayıblar.

Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, saxlanılan şəxslər müxtəlif növ cinayətlərə görə, o cümlədən Türkiyə və Slovakiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında axtarışda olublar.

Məlumata görə, iki Ukrayna vətəndaşı qətldə təqsirləndirilir, Türkiyə Respublikası vətəndaşı isə yaşayış evinə və ya yardımçı tikiliyə silahlı basqın törətməkdə ittiham olunur.

Saxlanılan şəxslər Batumidə tutulub və onların ekstradisiyasına hazırlıq işlərinə başlanılıb.