QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İngiltərə yığmasının hücumçusu Harri Keyn UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsində ən çox qol vuran futbolçu olub.
32 yaşlı forvard keçirdiyi 6 matçda 8 dəfə fərqlənib və bombardirlər cədvəlinə başçılıq edir.
İkinci yeri isə hərəyə 6 qol vuran beş futbolçu tutur. Bunlar Danimarka millisindən Rasmus Höylund, İslandiyadan Andri Qudyonsen, İsveçdən Viktor Gyökeres, Norveçdən Erlinq Haaland və İrlandiyadan Troy Perrotdur.