QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Şuşanın azad edilməsini həm rəmzi baxımdan, həm də İkinci Qarabağ müharibəsinin gedişində mühüm hadisə kimi qiymətləndirib.

Dövlət başçısı bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında səsləndirib. İlham Əliyev 44 gün davam edən müharibə zamanı Türkiyənin və qardaş türk xalqının Azərbaycanın yanında olduğunu bildirib.

Prezidentin sözlərinə görə, müharibənin ilk saatlarında Ərdoğanın açıqlaması və telefon danışığı Türkiyənin Azərbaycanın yanında olduğuna dair bütün dünyaya mesaj verib.