QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə Vətən müharibəsi zamanı xalqın mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdiyini bildirib.
Dövlət başçısı Ermənistanın işğal altında saxladığı ərazilərdə bir neçə istehkam və bəzi bölgələrdə 6-7 müdafiə xətti yaratdığını, ərazilərin minalandığını qeyd edib.
“Bizim qarşımızda tikanlı məftillər, istehkamlar, əlverişli mövqelər, təpələr və dağlar kimi böyük çətinliklər vardı. Ermənistan tərəfi Azərbaycanın torpaqlarını hərbi yolla azad edə bilməyəcəyinə, yaxud buna kimsənin icazə verməyəcəyinə inanırdı. Onlar yanıldılar və Azərbaycan xalqı öz böyüklüyünü bir daha bütün dünyaya göstərdi”, – deyə İlham Əliyev bildirib.