QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva ilə birlikdə, ötən gün Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla görüşdə iştirak ediblər. Görüşə Vətən müharibəsi qəhrəmanları, həmçinin “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif olunmuş hərbi qulluqçular qatılıblar.
Zəfər Günü keçirilən görüşdə İlham Əliyev qəhrəmanları türkiyəli həmkarına təqdim edib. Prezident onların düşmənə dərs verdiyini vurğulayıb: “Düşmənə dərs verən onlardır”.