QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan incəsənət məktəb və mərkəzlərində müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.

Namizədlər vakant yerlər arasından 19–23 noyabr 2026-cı il tarixlərində seçim edə biləcəklər. Test və müsahibə mərhələlərində uğur qazanan 199 nəfər bu hüququ əldə edib.

İştirakçılar ixtisaslarına və müvafiq keçid ballarına uyğun vakansiyalardan ən azı birini, ən çoxu isə 15-ni seçə bilərlər. Ən çox üstünlük verilən yer siyahıda birinci göstərilməli, qalan vakansiyalar da üstünlük sırasına uyğun düzülməlidir.

Namizədlərin vəzifələrə yerləşdirilməsi müsabiqə üzrə topladıqları yekun bal və seçim ardıcıllığı nəzərə alınmaqla aparılacaq.