QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ordubad rayonunun Dırnıs kəndində sərnişin avtobusu aşıb və 11 nəfər xəsarət alıb.

Yaralananlar 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Gülər Hacıyevadır.

İlkin məlumata əsasən, qadınlar yas mərasimində iştirak etmək üçün gedərkən qəzaya düşüblər. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.