QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkədəki paylaşımı müzakirələrə yol açıb.
Müğənni qadınlar arasındakı dostluq münasibətləri barədə düşüncələrini bölüşüb və izləyicilərini hər kəsə dərhal güvənməməyə çağırıb. O bildirib ki, daim xoş davranan insanlara da ehtiyatla yanaşmaq lazımdır, yaxın rəfiqələrin hərəkətlərinə diqqət yetirilməlidir.
Şabanova paylaşımında yazıb: “Qızlar, hər üzünüzə gülüb can yandırırmış kimi özünü göstərən qızları dost sanmayın. Mütləq qarşılığında özünə nə xeyirdirsə, onun üçün edir. Qadının ən böyük düşməni elə qadındır. Kişi dostundan ziyan gəlməz. Başınıza nə gəlirsə, çox vaxt elə ən yaxın rəfiqənizdən bilin”.
Əməkdar artist paylaşımına “Mənim quyumu qazan, gözəl özün düşdün o quyuya, illərimi zəhər edən” ifadəsini də əlavə edib. Bu sözlərin kimə ünvanlandığı açıqlanmayıb.