QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 21-i üçün hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında səmanın dəyişkən buludlu olacağı, günün əsasən yağıntısız keçəcəyi bildirilir.
Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxt və Abşeronda temperatur gecə 10-14, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə 65-70 faiz təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Axşam saatlarında şimal və qərb bölgələrinin bəzi yerlərində arabir yağıntı, ayrı-ayrı ərazilərdə intensiv yağış və şimşək gözlənilir. Dağlıq ərazilərə qar yağması, bəzi yerlərdə isə duman yaranması ehtimalı var. Külək mülayim qərb istiqamətində əsəcək.
Ölkənin rayonlarında gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq. Dağlıq ərazilərdə temperatur gecə 1-6, gündüz 8-13 dərəcə isti təşkil edəcək.