QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunun Varlı Həyat kəndində evdə meyitləri tapılan qadın və kişi ilə bağlı yeni məlumatlar açıqlanıb.

Hadisə zamanı Rəfi Mustafayevlə Yasəmən Süleymanova arasında mübahisə baş verib. Kişinin qadının baş nahiyəsinə küt alətlə zərbələr endirdiyi bildirilir.

Kənd sakinlərinin sözlərinə görə, 58 yaşlı Rəfi Mustafayev ailəsindən ayrı yaşayırmış və üç övladı var. Onun yanında meyiti tapılan qadını isə kənd sakinləri tanımayıb.