QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, sosial müavinət və təqaüdlər bu ayın 25-dən gec olmayaraq ödəniləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Noyabrın 6-da Naxçıvan Muxtar Respublikasında, ayın 13-də isə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə qeydiyyatda olan şəxslərin aylıq pensiyaları köçürülüb. Ölkənin digər bölgələrində qeydiyyatda olanlara pensiyalar bu gün ödənilib. Güzəştli şərtlərlə təyin edilmiş pensiyalar da artıq verilib.