QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Xəzər dənizinin Xaçmaz rayonu istiqamətində qanunsuz balıq ovuna qarşı tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə əməliyyat-axtarış tədbiri aparılıb.

Nabran qəsəbəsi istiqamətində “Yamaha” markalı motorlu qayıq saxlanılıb. Qayıqda olan 1980-ci il təvəllüdlü Pərviz Xankişiyev və 1997-ci il təvəllüdlü Həsən İsayev də saxlanılıb.

Onların yanında qanunsuz ovlandığı müəyyən edilən 29 nərəcinsli balıq aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.