QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “AccessBank” ASC-nin Müşahidə Şurasında və Audit Komitəsində kadr dəyişiklikləri aparılıb.

Oleq İvaniyçuk şura sədri, Corc Rubli sədr müavini, Andrea Haqmann və Dariuş Katsprşik isə şuranın üzvləri vəzifələrindən azad ediliblər. Dariuş Kasprşik “Bank Respublika” ASC-nin Müşahidə Şurasına müstəqil üzv seçilməsi ilə əlaqədar vəzifəsindən kənarlaşdırılıb. O, həmçinin “AccessBank”ın Audit Komitəsinə rəhbərlik etməyi dayandırıb.

Antuan Hurpin “AccessBank”ın Müşahidə Şurasına və Audit Komitəsinə müstəqil üzv təyin olunub. O, bundan əvvəl “Bank Respublika”nın Müşahidə Şurasında müstəqil üzv olub.

Hazırda Fernando Molejon müstəqil üzv kimi şurada fəaliyyətini davam etdirir. Beləliklə, şuranın iki müstəqil üzvü var. Olqa Tomaş da “AccessBank”ın Audit Komitəsinin üzvlüyündən azad edilib.

Bu ilin sentyabrında “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100 faizini almasını nəzərdə tutan strateji saziş təsdiqlənib. Birləşmə barədə məlumat yayılandan sonra “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri vəzifəsini tərk edib.

Onun yerinə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov təyin olunub. “Bank Respublika”nın İdarə Heyətinə müvəqqəti rəhbərlik isə sədr müavini Aslan Abbasova tapşırılıb.