QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ağıllı saatlar mobil cihaz kimi təsnif ediləcək və hər biri üçün 20 manat aksiz vergisi müəyyənləşdiriləcək.

Bu müddəa Vergi Məcəlləsinə dəyişiklik layihəsində yer alıb. Sənəd bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla mobil cihazlar aksizli mallar siyahısına daxil edilib və onların hər biri üçün 20 manat aksiz vergisi müəyyənləşdirilib. Həmin dəyişiklik fiziki şəxslərə şəxsi məqsədlə təqvim ili ərzində bir mobil cihazı gömrük ödənişlərindən azad şəkildə ölkəyə gətirmək imkanı da verir. Bu müddəalar 1 yanvar 2026-cı ildə qüvvəyə minib.

Müzakirələrin yekununda layihə səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.