QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İbrahim İsmayılov “Caspian Engineering Group”da baş direktorun müavini və əməliyyatlar üzrə direktor vəzifəsinə təyin olunub.
O, 2026-cı ilin fevralından noyabrınadək şirkətdə əməliyyatlar üzrə menecer işləyib. 2024-cü ilin mayından 2026-cı ilin fevralınadək isə yarımştat əsaslarla SƏTƏM meneceri olub.
İsmayılov 2023-cü ilin yanvarından 2026-cı ilin fevralınadək “Facility Management Group”da baş qrup rəhbəri, 2017-ci ilin dekabrından 2026-cı ilin fevralınadək həmin şirkətin baş təhlükəsizlik mütəxəssisi vəzifəsində çalışıb. Profilindəki məlumata əsasən, 2023-cü ilin martına qədər PMD Hospitality şirkətlər qrupuna daxil olan hotellərin təhlükəsizliyini idarə edib.
2016-cı ilin mayından 2026-cı ilin fevralınadək İbrahim İsmayılov “PMD Group” və “Shamakhi Palace Sharadil Hotel”də təhlükəsizlik üzrə menecer işləyib.
Daha əvvəl, 2013-cü ildən 2016-cı ilin mayınadək “PAŞA Holding”də təhlükəsizlik üzrə menecer köməkçisi olub. 2009-cu ilin sentyabrından 2012-ci ilin sentyabrınadək isə həmin holdinqdə təhlükəsizlik sahəsində fəaliyyət göstərib.