QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30,7 milyon ABŞ dolları dəyərində 33 min 781 ton düyü gətirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın dəyəri 23 faiz, həcmi isə 20 faiz azalıb.
Hesabat müddətində Hindistandan 25 milyon 401 min ton düyü alınması üçün 25,4 milyon dollar ödənilib. İllik müqayisədə bu göstəricilər müvafiq olaraq 20 və 21 faiz aşağı düşüb. Qazaxıstandan idxal 5 min ton və 2,8 milyon dollar təşkil edib; azalma həcmdə 21, dəyərdə isə 27 faiz olub.
Rusiyadan 1 milyon dollar dəyərində 1 974 ton düyü gətirilib. Bir il əvvəlki göstəricilərlə müqayisədə idxalın dəyəri 3,8 dəfə, miqdarı 4,7 dəfə artıb. Pakistan üzrə 985 min dollar və 1 045 ton qeydə alınıb ki, bu da müvafiq olaraq 56 və 64 faiz azalma deməkdir. Türkiyədən alınan düyünün dəyəri 169,4 min dollar, həcmi 126 ton olub; geriləmə 61 və 80 faiz təşkil edib.
Azərbaycan 8 il 7 aylıq fasilədən sonra Kanadadan 0,3 min dollar dəyərində 0,01 ton düyü alıb. Böyük Britaniyadan 3 il 10 ay sonra 0,3 min dollar dəyərində 0,15 ton, Yunanıstandan isə 1 il 11 aylıq fasilədən sonra 23,3 min dollar dəyərində 14 ton məhsul tədarük edilib.
2025-ci ildə ölkəyə gətirilən 54 min 964 ton düyünün 70,3 faizi Hindistanın payına düşüb.