QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan bu ilin ilk doqquz ayında Türkiyəyə 1,971 milyard dollar dəyərində təbii qaz satıb. Dövr ərzində ölkəyə 7,068 milyard kubmetr qaz tədarük olunub.
Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə xarici ticarət göstəricilərində bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 61 milyon dollar, yaxud 3 faiz aşağı düşüb. Tədarük həcmi isə 396 milyon kubmetr (5,3 faiz) azalıb. 2025-ci ilin ilk doqquz ayında Türkiyəyə 2,032 milyard dollar dəyərində 7,464 milyard kubmetr təbii qaz göndərilmişdi.
2021–2025-ci illər ərzində Türkiyəyə qaz ixracının ən yüksək həcmi və dəyəri 2023-cü ildə qeydə alınıb: 10,854 milyard kubmetr qazın dəyəri 3,682 milyard dollar olub.
Müqayisə üçün, 2021-ci ildə Azərbaycandan Türkiyəyə 9,850 milyard kubmetr qaz ixrac edilib və onun dəyəri 1,684 milyard dollar təşkil edib. 2022-ci ildə göstəricilər 6,854 milyard kubmetr və 2,208 milyard dollar olub.
2024-cü ildə Türkiyəyə 9,812 milyard kubmetr qaz 2,986 milyard dollar dəyərində, 2025-ci ildə isə 9,688 milyard kubmetr qaz 2,607 milyard dollar dəyərində tədarük edilib.