QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyəli müğənni Ajda Pekkan son tədbirdəki görünüşü və enerjisi ilə diqqət çəkib.
İfaçının tədbirdən yayılan görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Ağ rəngli kofta geyinən, sarı saçları və şux əhvalı ilə seçilən 80 yaşlı sənətçinin görünüşü izləyiciləri təəccübləndirib.
Paylaşımlara münasibət bildirən istifadəçilər onun yaşına görə çox gənc göründüyünü yazıblar. Bəzi şərhçilər Ajda Pekkanı 45-50 yaşlarında hesab etdiklərini qeyd ediblər.
Uzun illərdir səhnədə olan müğənni görünüşü və enerjisi ilə diqqət mərkəzində qalır.